AZ

D vitamini (KLAVUDEN D3 15ml) nədir və nə üçün lazımdır? 

D vitamini (xolekalsiferol) - insan orqanizminin ən çox tələbatı olduğu vitaminlərdən biridir. O, orqanizmdə dəridə günəşin ultrabənövşəyi şüalarının təsiri altında yaranır. Bundan başqa bir çox məhsulların (balıq və balıq yağında, yumurta sarısında, süd, taxıl və s.) tərkibində var.

Dünya əhalisinin 80%-i D3 vitamini çatışmazlığından əziyyət çəkir.

D vitamini orqanizmdə mühüm rol oynayır: kalsium-fosfor mübadiləsini requlə edir, kalsiumun orqanizm tərəfindən mənimsənilməsini təmin edərək, skeletin düzgün formalaşmasını, sümük və dişlərin möhkəmliyini, əzələ tonusunu və immuniteti dəstəkləyir, maddələr mübadiləsində vacib rol oynayır.

Günəş şüalarının çatışmazlığı, vegetarian və veqan pəhrizi, piylənmə orqanizmdə D vitamininin defisitinə gətirib çıxarır.

Böyüklərdə D vitamininin çatışmazlığı özünü osteoporoz sümük və əzələlərdə ağrılar, immun sisteminin zəifləməsi, artıq çəki, arterial təzyiqin qalxması və s. əlamətlərlə göstərir.

Uşaqlarda D vitamininin çatışmazlığı raxit xəstəliyinin yaranma səbəbidir. Raxit özünü sümük boşluğu, əmgəyin gec bağlanması, dişlərin çıxmasının ləngiməsi, fiziki inkişafın gecikməsi, oyanıqlıq, narahatlıq, ağlağanlıq, çox tərləmə kimi əlamətlərlə göstərir.

Vaxtında tədbir görülməzsə, D vitamini çatışmazlığının uzaq nəticələri – şəkərli diabet, piylənmə, ürək – damar xəstəlikləri, hipertoniya, astma, sistem xəstəlklər, koqnitiv pozulmalar və s. xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. D vitamini çatışmazlığı hamilə qadınlar üçün çox təhlükəlidir. Belə ki, hamiləlik zamanı D vitamini çatışmazlığı düşüklərin, dölün hipotrofiyasının, ürək-damar qüsurlarının yaranma riskini artırır.

D vitamini çatışmazlığının qarşısını almaq üçün ən yaxşı tədbir günəşli mövsümlərdə bol günəş vannaları qəbul etmək, D vitamini ilə zəngin ərzaq məhsulları (balıq, yumurta sarısı, süd) və ya qida əlavələri qəbul etməkdir.

"KLAVUDEN D3 15ml" damcı tərkibində D vitamini olan, uşaq və böyüklərin daxilə qəbul etməsi üçün İngiltərə istehsalı olan məhluldur. Klavuden 1 damcısında D vitamininin optimal dozası var.

"KLAVUDEN D3" uşaqlarda skeletin formalaşmasını və boy artımını, dişlərin vaxtında çıxmasını, uşaqların düzgün fiziki inkişafını təmin edir, əzələ zəifliyini aradan qaldırır. Sinir sisteminin normal inkişafını və fəaliyyətinin əsas zəminidir.

"KLAVUDEN D3" hamilələrdə hestozların, hamiləliyin erkən mərhələlərində düşüklərin, Qeysəriyyə əməliyyatlarının yaranma riskini azaldır. Dölün normal bətndaxili inkişafını təmin edir. Döldə hipotrofiya və ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.

"KLAVUDEN D3" böyüklərdə kalsium-fosfor mübadiləsini tənzimləyərək, osteoporoz və osteomalyasiyanın qarşısını alır, ürək-damar sisteminin fəaliyyətini normallaşdırır.

"KLAVUDEN D3" insulin və qlükozanın metabolizmini requlə edir, şəkərli diabet xəstəliyinin yaranmasının qarşısını alır. Reproduktiv sisteminin, sinir sisteminin normal fəaliyyətini tənzimləyir, əzələ tonusunu requlə edir.

"KLAVUDEN D3" immun sistemin gücləndirir. Autoimmun və onkoloji xəstəliklərin yaranma riskini azaldır.

Qeyd: "Klavuden D3 15ml" daxilə qəbul etmək üçün tünd şüşə flakonda buraxılan məhluldur.

Hörmətli alıcılar, apteklərdə oxşar tərkibli preparatlar olduğuna görə, əczaçılardan məhz Klavuden D3 preparatın verilməsini tələb edin!

Seçilən
8
referans.az

1Mənbələr