Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçıdirektoru İsrafil Məmmədovun başçılıq etdiyi nümayəndə heyətiüzvlərinin məcmu vəsaitlərinin həcmi 8 trilyondan çox olan vədünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganətəşkilat olan Beynəlxalq Suveren Fondlar Forumunun (SFBF) OmanSultanlığının paytaxtı Maskat şəhərində keçirilən illik 16-cıiclasında iştirak edir.
Trend xəbərverir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.
Bildirilib ki, Oman İnvestisiya Təşkilatının “Dayanıqlı gələcəkaxtarışında” başlığı altında ev sahibliyi etdiyi tədbir dayanıqlıvə davamlı investisiya strategiyalarının müzakirəsi məqsədiləSFBF-nin üzvü olan suveren fondları bir araya gətirib. Yığıncağa100-dən çox maliyyə və inkişaf institutlarını təmsil edən 200-dənçox nümayəndə qatılıb.
Yığıncaq çərçivəsində SFBF-nin İdarə Heyətinin yeni tərkibimüəyyən olunub. SFBF-nin Sədr müavini vəzifəsinə keçirilənseçkilərdə ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov səs çoxluğuilə seçilib. Qeyd olunmalıdır ki, İdarə Heyətinin sədr müavinivəzifəsi üç ili əhatə edir və sözügedən müddət bitdikdən sonrabirbaşa əsaslarla növbəti üç il ərzində İdarə Heyətinin Sədrivəzifəsinin icrası başlayır. İsrafil Məmmədovun bu vəzifəyəseçilməsi ARDNF-nin suveren fondların idarə edilməsində dayanıqlıvə davamlı yanaşmalara sadiqliyini bir daha nümayiş etdirməkləyanaşı, həm də Azərbaycanın dayanıqlı investisiyanın təşviqinə vəsuveren fondların idarə edilməsində qlobal ən yaxşı təcrübəstandartlarının inkişafına sadiqliyinin əhəmiyyətli birgöstəricisidir.
Çıxışı zamanı İsrafil Məmmədov Santiaqo Prinsiplərininəhəmiyyətini bir daha vurğulayaraq qeyd edib ki, güclənənproteksionizm və dəyişən geosiyasi dinamika investisiya mühitiniyenidən formalaşdırır. “Suveren fondlar olaraq biz yalnız gəlirəldə etmək üçün deyil, həm də davamlılıq, dayanıqlılıq vəçevikliyin təmin olunması üçün çalışmalıyıq,” – deyə obildirib.
Yığıncaq çərçivəsində öz ölkələrinin ən iri suveren fondlarıolan Sinqapur Dövlətinin İnvestisiya Korporasiyası (“GIC”) , AbuDabi İnvestisiya Təşkilatı (“ADIA”), Çin İnvestisiya Korporasiyası(“CIC”), Avstraliyanın Gələcək Fondu (“Future Fund”) qurumlarınıntəmsilçiləri İdarə heyətinin üzvləri seçilib.
Katibliyi London şəhərində yerləşən SFBF Suveren FondlarınBeynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveytşəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir.SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumimaraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq vəSantyaqo prinsipləri və Suveren Fondların fəaliyyətininanlaşılmasını asanlaşdırmaqdır. ARDNF-nin həmtəşkilatçılığı iləSFBF-nin “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” başlığıaltında 14-cü illik iclası 2022-ci ildə Bakıda baş tutmuşdur.