AZ

BP Azərbaycan dilində “Uşaqlar üçün yaşıl biliklər” adlı kitabı təqdim edib

Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından Azərbaycandaki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 mln. ABŞ dollarından çox vəsait xərcləyib.

"APA-Economics" BP-yə istinadən xəbər verir ki, BP öz tərəfdaşları ilə icraçı olduğu layihələrə təxminən 85 mlrd.dollar sərmayə qoyub.

"Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük", - BP-dən bildirilib.

Qeyd edək ki, bu gün BP şirkəti Azərbaycan dilində “Uşaqlar üçün yaşıl biliklər” adlı kitabın təqdimatını keçirib.

Layihə məktəbəqədər, ibtidai və orta təhsil səviyyələrində uşaqları maarifləndirmək və onlarda xüsusi bacarıqlar inkişaf etdirməklə dayanıqlılıq mədəniyyəti aşılamaq məqsədi daşıyır. Kitab ətraf mühitə əhəmiyyətli təsir göstərmək istəyən valideynlər, təhsil işçiləri, şagird və tələbələr üçün mühüm bir mənbə kimi nəzərdə tutulub.

“İqlim dəyişikliyinin və ekoloji problemlərin planetimizə təsiri artdıqca, uşaqları dayanıqlı həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşma haqqında maarifləndirmək olduqca vacibdir. Uşaqlara erkən yaşlardan yaşıl biliklər aşılamaqla biz onların dünyamıza müsbət təsir göstərə biləcək, ətraf mühitə həssas vətəndaşlar kimi formalaşmasına kömək edirik”, - tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Kitab BP-nin yerli məktəblərə, kitabxanalara və müvafiq təhsil müəssisələrinə hədiyyəsidir. Layihənin ümumi dəyəri kitabın hazırlanması və nəşri ilə birlikdə təxminən 41 500 manat (24 400 dollar) təşkil edir. Layihə “GEM CSR Consulting” MMC tərəfindən həyata keçirilib. Kitabın müəllifi Liya Bayramovadır.

Seçilən
6
apa.az

1Mənbələr