1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Əfsanəvi boksçu Mayk Tayson 55 min funt sterlinq (122 min manat) dəyərindəki ev heyvanı olan pələngini satmaq fikrinə düşüb. Buna səbəb pələngin bir qadının əlini dişləməsi olub.
Bu barədə Oxu.Az Britaniyanın "Mirror" nəşrinə istinadən xəbər verir.
Nəşrin açıqladığı təfərrüata əsasən, boks üzrə ağır çəkidə keçmiş dünya çempionu bir vaxtlar üç Benqal pələnginə sahib olub, lakin onlardan ikisini heyvan sığınacağına verib. Qalan "Keniya" ləqəbli pələng isə faciəli hadisə baş verənə qədər 16 il Taysonla yaşayıb. Boksçu heyvana çox bağlı olduğunu bildirib.
Taysonun sözlərinə görə, "Keniya" öz ərazisini müdafiə etdiyi üçün insanın əlini dişləyib. Faciə baş verməmişdən əvvəl, boksçunun dediyi kimi, qadın hasardan tullanıb və heyvanla oynamağa başlayıb.
Mayk Taysonun sözlərinə görə, zərərçəkmiş qadın onu məhkəməyə verməyə çalışsa da, buna nail ola bilməyib.