"Zaman Türk əsrinin vaxtıdır. Biz regional və qlobal qeyri-sabitliyin baş verəcəyi əsrdəyik. Osmanlı sülhü Balkanlarda və Yaxın Şərqdə ədalət və mərhəmət yaratdı".
Ölkə.Az xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı Öcalanı TBMM-də bəyan edib.
"Türk əsrində terrorun kökü kəsiləcək", - o əlavə edib.
Baxçalı daha sonra bunları deyib: "Terrorun kökü kəsilsə, inflyasiya aşağı düşsə, Ərdoğanın yenidən prezident seçilməsi təbii deyilmi? Ərdoğan bir daha seçilməlidir. Bu çərçivədə konstitusiya tənzimləməsi lazımdır. Ərdoğan Türkiyənin təhlükəsizliyidir, yeganə seçimdir".
Mürtəza
Ölkə.Az