Bakı. Trend:
Kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi,küçə və prospektlərin, parkların təmizlənməsi işlərininmexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədərəvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən yeni tozsoran texnikaalınaraq Bakıya gətirilib.
Trend xəbərverir ki, bu barədə Bakı Şəhər Mənzil Kommunal-TəsərrüfatıDepartamenti məlumat yayıb.
Bildirilib ki, bu yeni texnikalar payız aylarında yerə tökülənyarpaqların və digər tullantıların yığışdırılmasında istifadəediləcək.
İlkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimirayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib.
Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdətutulub.