AZ

Dövlət Yanğın Nəzarəti Xidməti “Yeni Klinika”da yanğına qarşı tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı şəhəri, Nizami rayonunda yerləşən “Yeni Klinika” tibb müəssisəsində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Tədbirdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərinin şəxsən məsuliyyət daşıdığı, bütün işçi heyətin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi qeyd olunub. Eyni zamanda, klinika binasının və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına aid tələblər barədə məlumat verilib, yanğın təhlükəsizliyinə dair videoçarx nümayiş etdirilib.

Həmçinin, yanğın zamanı zəruri davranış qaydalarından bəhs olunub, sözügedən təhlükənin qarşısının vaxtında alınmasına dair müvafiq normativ sənədlərin tələbləri barədə söhbət aparılıb.

Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.

Dövlət
Seçilən
17
apa.az

1Mənbələr