Braziliya A seriyasının 32-ci turunda keçirilən “Korintians” – “Palmeyras” oyununda (2:0) azarkeşlər meydana donuz başı atıblar.
Bizim.Media "The Suna"a istinadən xəbər verir ki, meydan sahiblərinin azarkeşləri derbi matçının 28-ci dəqiqəsində rəqib komanda künc zərbəsi yerinə yetirərkən bunu edib.
Azarkeşlərin "Palmeyras"ın "donunzlar" ləqəbi olduğuna görə bu addımı atdığı ehtimal olunur.
Qeyd edək ki, hər iki komanda San Paulo şəhərini təmsil edir. Braziliyanın əsas derbilərindən sayılan Paulista derbisi böyük prinsipialllığı ilə seçilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta