ABŞ-da prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp daha çox səs toplayacaq, lakin qələbə onun demokrat rəqibi Kamala Harrisə veriləcək.
Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman MK ilə söhbətində belə bir bəyanatla çıxış edib.
O, səsvermənin nəticələrinin artıq onun üçün aydın olduğunu vurğulayıb.
"Qarşıdan gələn seçkilərdə Tramp qalib gələcək, lakin Harris qalib elan olunacaq. 2020-ci ildə etdikləri kimi, eyni şeyi edəcəklər. Tramp qalib gəlsə də, qutular saxta səsvermə bülletenləri ilə dolu idi", - Vasserman bildirib.
Parlamentari xatırladıb ki, dörd il əvvəl Co Bayden qalib gələndə, seçki məntəqələrində Respublikaçılara səs verməyə və ya səslərin hesablanmasını yoxlamağa icazə verməyən ABŞ Demokrat Partiyasının fəalları toplaşmışdı.