Məlum olduğu kimi, Şimali Koreyanın 12 min nəfərlik ordusu Ukraynadakı müharibədə iştirak edir.
Moderator.az xəbər verir ki, bugünlərdə ABŞ hərbi nəşri Şimaili Koreyanın bu müharibədə iştirak niyyətinə diqqət çəkib.
Amerikalı ekspertlər iddia edir ki, Şimali Koreya Ukrayna müharibəsində Rusiya ilə əldə etdiyi razılaşmaya uyğun olaraq yer alsa da, əslində onların niyyəti Kremlə kömək etməkdən çox “daha ciddi qarşıdurmalar” üçün təcrübə toplamaqdır.
ABŞ hərbi ideoloqaları hesab edir ki, hələlik döyüş təcrübəsi və ümumi hazırlıq səviyyəsi haqqında kimsənin dəqiq məlumata malik olmadığı Şimali Koreya ordusu, real hərbi qarşıdurmalar üçün praktiki vərdişlər qazanmaqdadır.
Ekspertlərin fikrincə, Şimali Koreyanın Ukraynada qazanacağı döyüş təcrübəsi mümkün hərbi qarşıdurma zamanı Cənubi Koreya və Yaponiya üçün ciddi problemlər yarada bilər. Çünki Şimali Koreyadan fərqli olaraq, bu iki dövlət real döyüş təcrübəsinə malik deyil.
Seymur ƏLİYEV