Rusiya tərəfi Ermənistan və Azərbaycanı tələsik sülh sazişi imzalamağa sövq etmir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.
"Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq. Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik", - S.Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır.