AZ

“KredAqro”dan saxta sənədlə kredit götürdü, qohumu ifşa etdi

Bakıda “KredAqro” Bank Olmayan Kredit Təşkilatına qarşı dələduzluq etmiş şəxsin məhkəməsi başa çatıb.

"Ölkə.az" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsi saxta vəsiqə ilə “KredAqro”dan 5 min manat kredit götürən Anar Abdullayevin (ad-soyad şərtidir) azadlığını 2 il 6 ay müddətinə məhdudlaşdırıb.

Hadisəyə gəlincə, 32 yaşlı Anar özünə və ona zamin duran dostlarına Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə aid saxta vəsiqə və kredit təşkilatına təqdim etmək üçün saxta bank rekvizitləri hazırlayıb.

Maraqlıdır ki, “KredAqro”nun kredit mütəxəssisləri bu saxtakarlığın fərqində olmayıblar. Sonradan qurum əməkdaşları kredit ödənişi üçün Anara zəng edəndə, o, növbəti tarixlərdə ödəniş edəcəyini bildirsə də, ardınca zənglərə cavab verməyib.

Onun əslində, DSX-də yox, Yevlaxda traktorçu işlədiyini isə BOKT-dan kredit götürərkən nömrəsini verdiyi qohumu deyib. Bundan sonra dələduzluğa məruz qaldığını bilən “KredAqro” hüquq-mühafizə orqanlarına müraciət edib.

Seçilən
14
1
olke.az

2Mənbələr