AZ

ABŞ-da kütləvi güllələnmə HƏDƏSİ: o qalib gələrsə...

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə atışma törədəcəyini bildirən şəxsi saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

İzah edilib ki, İsaak Sissel Trampın Ağ Evin rəhbəri seçiləcəyi təqdirdə xristianları kütləvi şəkildə güllələnəcəyi ilə hədələyən mesajları internetdə yerləşdirib. O, respublikaçıları “aradan qaldırılmalı olan təhlükə” adlandırıb. Sissel Miçiqan ştatının Kanton şəhərində nəzarətə götürülüb.

Noyabrın 5-i axşam ABŞ-da Amerikanın 47-ci prezidentinin seçilməsi üçün səsvermə başlayıb. Kampaniyaya Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülən Ağ Evin keçmiş rəhbəri Donald Tramp və demokratları təmsil edən ölkənin hazırkı vitse-prezidenti Kamala Harris daxildir. Co Bayden prezidentlik yarışından imtina etdikdən sonra 78 yaşlı Tramp dövlət başçılığına ən yaşlı namizəd olub.

Seçilən
50
50
publika.az

10Mənbələr