AZ

Zelenski Şimali Koreya əsgərləri ilə toqquşma olduğunu təsdiqləyib

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna əsgərlərinin cəbhədə Şimali Koreya əsgərləri ilə qarşı-qarşıya gəldiyini təsdiqləyib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zelenski bunu, məsələ ilə bağlı mətbuata açıqlaması zamanı deyib.

“Şimali Koreya əsgərləri ilə ilk toqquşmalar dünyada yeni qeyri-sabitlik səhifəsi açdı”, - deyən Zelenski Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə reaksiya verən hər kəsə təşəkkürünü bildirib.

Beynəlxalq ictimaiyyəti Ukraynanı dəstəkləməyə çağıran Zelenski Rusiyanın müharibəni genişləndirmək üçün atdığı bu addımı uğursuzluğa düçar etmək üçün hər şeyi edəcəklərini deyib.

Qeyd edə ki, Ukraynanın müdafiə naziri Rustəm Umerov dünən verdiyi açıqlamada Ukrayna və Şimali Koreya əsgərlərinin cəbhədə üz-üzə gəldiyini təsdiqləmişdi.

Seçilən
23
1
apa.az

7Mənbələr