AZ

Bakı metrosunda problem yarandı

Bakı Metropolitenində "Birbank" tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb.

Milli.Az bildirir ki,  məsələ ilə bağlı Modern.az-a sərnişinlər məlumat veriblər.

Belə ki, "BakıKart"ın metro ödənişləri üçün nəzərdə tutulan "Birbank" mobil tətbiqindəki bölməsi işləməyib.

Kartlardan ödənişlər çıxılsa da, QR-kod oxudulması prosesi baş tutmayıb.

Sözügedən problem metroda sıxlığa səbəb olub.

Milli.Az

Seçilən
21
5
milli.az

10Mənbələr