Hurriyyet.az xəbər verir ki, Ukrayna dronu ilk dəfə Dağıstana hücum edib. Bu gün səhər saatlarında Kaspiysk şəhərinin səmasında PUA görünüb. Dağıstan Respublikasının başçısı Sergey Melnikov dronun HHM sistemi ilə məhv edildiyini bildirib.
Melnikov "Teleqram" kanalında yazıb: "Hazırda hadisənin baş verdiyi şərait aydınlaşdırılır. Operativ qərargah çalışır. Məsul idarələrlə daimi əlaqə saxlayıram".
Dron parçalarının zərər verib-vermədiyi barəsində məlumat verilməyib.
Hürr Tərcüman