Türkiyə kubokunda 4-cü mərhələnin püşkü atılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçularının da formasını geyindiyi komandaların rəqibləri dəqiqləşib.
Belə ki, Coşqun Diniyevin çıxış etdiyi "Bandırmaspor" "Karacabey Bələdiyəspor"la qarşılaşacaq.
Renat Dadaşov və U-21 yığmamızın üzvü Həsən Nəzərlinin formasını geyindiyi "Ankaragücü" isə "Karşıyaka" ilə qüvvəsini sınayacaq.
Həmin mərhələnin oyunları dekabrın 3-5-də baş tutacaq.
saytlarin hazirlanmasi