Fransa və Niderlanddakı müstəntiqlər “Netflix”in Paris və Amsterdamdakı ofislərində axtarış aparıblar.
İndex.az xəbər verir ki, istintaq çərçivəsində axtarışı aparanlar Korrupsiyaya Qarşı Mübarizə və Maliyyə və Vergi Cinayətləri üzrə Mərkəzi İdarənin müstəntiqləri olub.
Axatış nəticəsində şirkətin Paris ofisində vergidən yayınma və qeydiyyatsız işləmək kimi qayda pozuntuları üzə çıxıb.
Hazırda bu barədə ittihamları üzrə ibtidai istintaq davam edir.
“Netflix” Fransada 2019, 2020 və 2021-ci illərdə ölkədəki fəaliyyəti çərçivəsində vergi yoxlamasına məruz qalıb.