“Football-plus.az” xəbər verir ki, bu sözlər “Bild” nəşrinin yazarı Niko Celevə məxsusdu. O, mütəxəssis və komandasıyla bağlı bir neçə məqama aydınlıq gətirib:
“Kloze “Hamburq”la matçda Mahir Emrelini 68-ci dəqiqədə əvəzlədi. Ardınca mütəxəssis futbolçunun yanına gəldi və ona bəzi məsələləri izah etdi. İkisinin nədən danışdığını bilmirik. Amma şübhəsiz, söhbət azərbaycanlının performansıyla bağlıydı. Baş məşqçi Emrelidən narazı olduğunu deyir: “Məncə, o qədər də yaxşı oynamadı. O, topla kifayət qədər hərəkətli davranmadı, çevik olmadı”.
Düzdü, Kloze Mahirdən narazıdı. Lakin dünya səviyyəli keçmiş hücumçu öz hücumçularını daha yaxşı vəziyyətə gətirməyin yollarını bilir. Yoxsa mütəxəssis belə deməzdi:
“Simas və Mahirlə səyahətimiz bitməyib”.
Klozenin Simasla bağlı fikirlərində də narazılıq hiss olunur:
“Topa inamla zərbə endirmək lazımdı. Simas bədənini geri çəkib, sonra dartılmalıdı. “Hamburq”la oyunda bunu etməyə çalışdı, amma daha çox təkan lazımdı”.
Xatırladaq ki, Mahir Almaniya 2-ci bundesliqasında üç, kubokunda bir qol vurub.
KƏNAN BAHADIR