AZ

Cahid Bağçı: Türkiyə COP29-da yüksək səviyyədə iştirak edəcək

Türkiyə, Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişiklikləri Çərçivə Sazişi üzrə 29-cu Tərəflər Konfransına (COP29) başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, hökumət üzvləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə ekspert və akademiklərin də yer aldığı nümayəndə heyəti ilə yüksək səviyyədə qatılacaq.

"Operativ Media" Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan tarixindəki ən böyük beynəlxalq tədbirlərdən biri olan COP29-un ilk iki günündə keçiriləcək və təxminən 100 ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi Dövlət Başçılarının Zirvəsinə Prezident Ərdoğan da qatılacaq.

COP29-da, Prezident Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə başlatılan "Sıfır Tullantı" layihəsi ilə Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, "Həmrəylik Mərkəzi" adlı birgə pavilyon açacaq. Pavilyonda, "Sıfır Tullantı" layihəsi çərçivəsində tullantıların idarə edilməsi və təkrar emalı, ətraf mühitə həssaslıq proqramları və innovativ həllər sahəsindəki layihələr təqdim ediləcək.

Bundan başqa Türkiyədən çox sayda qurum və şirkətlər təqdimatlar, panel müzakirələri və təqdimatlarla COP29-a töhfə verəcəklər.

Türkiyə, COP29-da təcrübəsini paylaşacaq Türkiyənin Bakıdakı Səfiri Cahid Bağcı, AA müxbirinə verdiyi açıqlamada, Azərbaycanın COP29-a yüksək sürətlə hazırlaşdığını bildirib.

Türkiyənin COP29-a yalnız dövlət və bürokratiya səviyyəsində deyil, eyni zamanda bələdiyyələr, qeyri-hökumət təşkilatları və akademik dairələrin də iştirak edəcəyini bildirən Bağcı, "COP29-da zəngin təqdimatlarımız olacaq. Sayını dəqiq söyləmək çətindir, amma böyük bir nümayəndə heyəti ilə qatılacağıq. Türkiyə eyni zamanda COP31-ə də namizəddir. Bizim iştirakımız bu baxımdan da önəmlidir", — deyə vurğulayıb.

Bağcı, bildirib ki, COP29 Azərbaycana əlavə güc qatacaq: "Azərbaycanda son dərəcə sürətli, güclü və peşəkar bir hazırlıq görülür və onlara uğurlar arzulayırıq".

Seçilən
25
operativmedia.az

1Mənbələr