AZ

Şavkat Mirziyoyev Azərbaycana COP29-un uğurlu keçirilməsini arzulayıb

Bişkek. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana qarşıdangələn COP29 Konfransına uğurla ev sahibliyi etməyi arzulayıb.

Trend xəbərverir ki, o bu barədə Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı(TDT) Dövlət Başçılarının Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Gələn həftə Bakıda COP29 Konfransının işə başlamasımünasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi bir daha səmimiqəlbdən təbrik edirəm və ona böyük uğurlar arzulayıram", - deyəŞ.Mirziyoyev bildirib.

O əlavə edib ki, iqlim dəyişikliyi ilə bağlı kəskin ekolojiproblemlərin həlli yollarını tapmaq üçün Özbəkistan nazirlərsəviyyəsində Türk Ətraf Mühit Şurasının yaradılmasınınsürətləndirilməsini zəruri hesab edir: "Biz gələn bu mövzuda ilkiclası Özbəkistanda keçirməyə hazırıq".

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası birneçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
39
1
az.trend.az

2Mənbələr