Bakı. Trend:
Cənubi Qafqaz ESG-yə yanaşma qavrayışını dəyişdirməlidir.
Trend xəbər verir ki, bunuBeynəlxalq Maliyyə Korporasiyasının (İFC) ESG üzrə regionaleksperti Boris Cancaliya "Azərbaycanın dayanıqlı inkişafı naminə:Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahidplatformanın və milli standartın təqdimatı"na həsr olunmuşKonfransda bildirib.
"Cənubi Qafqazda bir sıra ümumi çağırışlar mövcuddur. Əsasən,bu, yanaşmanın qavrayışı ilə bağlıdır: regionda ESG çox vaxt əlavəyük və tələblər kimi qəbul edilir, bu da onun tətbiqiniməhdudlaşdırır. Lakin ESG, eyni zamanda, yeni imkanlar dademəkdir.
İkinci mühüm çağırış kiçik və orta biznesdir (KOB), bu, regionuniqtisadiyyatında əsas rol oynayır. KOB-lar milli iqtisadiyyatlaramühüm töhfə verirlər, buna görə də onların ESG-yə keçidinidəstəkləməyə yönəlmiş səylər vacibdir. Burada sərt tənzimləyicitələblərin tətbiqi biznesə zərər verə bilər, buna görə də KOB-larüçün mərhələli və addım-addım yanaşma tələb olunur. Əvvəlcə könüllütədbirlərdən başlamaq lazımdır, sonra şirkətlərin hazır olmasınauyğun olaraq daha sərt tələblərə keçmək olar.
Bu proses ehtiyatlı yanaşma və bizneslə, həmçinin, sahə ilə sıxəməkdaşlıq tələb edir. Maliyyə institutları burada əsas roloynayır, çünki onlar müştərilərlə işləyir, onların ehtiyaclarını vəproblemlərini başa düşürlər", - ekspert qeyd edib.