AZ

“Nvidia” bazar dəyərinə görə “Apple”ı geridə qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kaliforniyada yerləşən çip istehsalçısı “Nvidia” bazar dəyərinə görə “Apple”ı geridə qoyaraq dünyanın ən bahalı şirkəti olub.

Banco.az xəbər verir ki, çərşənbə axşamı Nasdaq Birjasında satılan “Nvidia” səhmləri 2,84 faiz dəyər qazanaraq hər səhm üzrə 139,91 dollara yüksəlib.

Səhmlərinin bahalaşması ilə şirkətin ümumi bazar dəyəri 3,43 trilyon dollara çatıb.

Beləliklə, “Apple”ın 3,38 trilyon dollarlıq bazar dəyərini üstələyən “Nvidia” ikinci dəfə dünyanın ən dəyərli şirkəti olub.

Xatırladaq ki, süni intellekt çiplərinə tələbatın artması ilə “Nvidia”nın səhmləri ilin əvvəlindən bu yana 182,5 faiz dəyər qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
57
banco.az

1Mənbələr