AZ

Türkiyədən Azərbaycana kimyəvi maddə məhsulları ixracı 7 % artıb

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 438,6 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 45,9 milyon dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,5 faiz çoxdur.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq, 25 milyard 618 milyon dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 465 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,2 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 31 milyard 419 milyon dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Fuad Mədətov
Fins.az

Seçilən
7
10
fins.az

10Mənbələr