Çində satışların azalması nəticəsində avtomobil istehsalçısı “Honda”nın, qazancları azalıb.

İndex.az xəbər verir ki, şirkət maliyyə ilinin birinci yarısında mənfəətinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 20% azaldığını açıqlayıb.

“Honda”nın bu ilin aprel-sentyabr ayları arasındakı 6 aylıq dövr üçün mənfəəti 494,68 milyard yen olub. Əvvəlki ilin eyni dövründə bu rəqəm 616 milyard yen səviyyəsində idi.

Lakin şirkətin satışları qeyd olunan dövrlər üzrə 9,6 trilyon yendən 10,8 trilyon yenə yüksəlib.