AZ

Böyük Zəfərimizə həsr olunmuş əsərə Fəxri oxucunun rəyi          

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Fəxri oxucu, yazıçı, ədəbi tənqidçi, rejissor Elçin Əsədovun tanınmış yazıçı, publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabı haqqında çox təsirli rəyini oxuculara təqdim edir.     Rəy xalqını, Vətənini, torpağının hər qarışını fədakarlıqla sevən hər bir vətənpərvər insana, hər bir vətəndaşa dərindən təsir edəcək. E.Əsədov qeyd edir ki, N.Məmmədlinin romanı bədii-estetik formada “Qarabağda gedən qanlı döyüşlərin mahiyyətini, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan ədalətli müharibədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin rəşadətini oxucuya çatdırır. Qazilərimizin və veteranlarımızın mərdlik və qorxmazlığından, erməni əsirliyində olan soydaşlarımızın cəsarətindən bəhs edir”.     Yazıçının romanın  yazması işini nəcib hərəkət adlandıraraq, rəyçi müəllifin ağrısını, hisslərini və “Zəfər zənguləsi” ilə bağlı iztirablarını canlı formada təsvir edir. Roman E.Əsədovu döyüş meydanına, əsir düşmüş soydaşlarımızla görüşə aparır. O, qürur və minnətdarlıqla romanın qəhrəmanlarının adlarını sadalayır. Nüşabə Məmmədlinin erməni xislətinin mahiyyətini, onların insanı hiddətləndirən vəhşiliklərini ustalıqla və obyektiv təsvir etməsindən yazır.     Rəyçi Elçin Əsədov sonda yazır ““Zəfər zənguləsi” adi əsər deyil (bir dəfə oxunan və unudulan döyüş janrı kimi), insanlar yaddaşlarını təzələmək, müharibənin o çətin günlərini unutmamaq üçün bu əsərə dönə-dönə qayıdacaqlar...”   

 Rəy aşağıdakı keçiddə yerləşdirilib: https://drive.google.com/file/d/1h26zFRsor3Ozaq9fQaloYRGAkkTGuOwX/view

Seçilən
13
sabahinfo.az

1Mənbələr