AZ

Premyer Liqa klubu Azərbaycan millisinin sabiq üzvünə tapşırıldı

"Səbail"də baş məşqçi vəzifəsini müvəqqəti icarə edəcək şəxs müəyyənləşib.

Publika.az xəbər verir ki, paytaxt klubu U-19 komandasında çalışan Elvin Məmmədova həvalə olunub. Bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.

Elvin Məmmədov Azərbaycan millisinin sabiq üzvü olub. O, karyerası ərzində "Turan Tovuz", "İnter" (indiki "Şamaxı"), "Qarabağ", "Bakı", "Qəbələ, "Zirə" və "Sumqayıt" kimi klublarda çıxış edib.

Qeyd edək ki, "Kəpəz"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 12-ci turunun matçından sonra Şahin Diniyev "Səbail"in baş məşqçi vəzifəsindən istefa verib.

Seçilən
17
publika.az

1Mənbələr