AZ

Trampın qələbəsi dünya üçün nə vəd edir?

Müəllif: Elvin Səxavətoğlu

ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri məlumdur. Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünü ölkənin 47-ci prezidenti adlandırıb.

Tramp, bununla özünün seçkilərdə qalib gəldiyini bildirib. "Bu, bizim ölkənin heç vaxt görmədiyi siyasi qələbədir. Ölkəmizə bərpa olmağa kömək edəcəyik. Ona yardım lazımdır. Sərhədlərimizlə olan problemi, digər geri qalan problemləri həll edəcəyik. Amerika bizə misli görünməmiş və güclü mandat verdi", - deyə Tramp qeyd edib. 

Xatırladaq ki, hazırda səslərin hesblanması davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparıb.

Məlumata görə, Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 279 seçici səsi həddini keçib və 223 səs toplayıb.

Demək olar ki, Trampın qələbə qazanacağı əvvəlcədən məlum idi. Çünki Amerika cəmiyyəti hazırki hakimiyyətin həm xarici, həm də daxili siyasətindən razı deyildi.

Hazırda demokratların həyata keçirdiyi aqressiv xarici siyasət nəticəsində dünyada qlobal qeyri-sabitlik hökm sürür. Demokratlar ABŞ xalqının vergiləri hesabına beynəlxalq müharibələri maliyyələşdirirlər. Məsələn, 2024-cü ilin noyabrına qədər, ABŞ-ın Ukraynaya etdiyi ümumi maliyyə yardımları 100 milyard dolları keçib.

Bu yardımlar əsasən iki böyük hissədən ibarətdir:

1. ABŞ, Ukraynaya ən böyük hərbi yardım tədarükçüsüdür. Bu yardımlar, tanklar, zərbə helikopterləri, dronlar, hava hücumundan müdafiə sistemləri, artilleriya və digər təchizatları əhatə edir. 2024-cü ilin əvvəlində, ABŞ-ın Ukraynaya verdiyi hərbi yardımların dəyəri təxminən 50-55 milyard dollar arasında olmuşdu.

2. ABŞ, Ukraynanın iqtisadiyyatını dəstəkləmək və müharibə nəticəsində yaranan humanitar böhranı həll etmək üçün də maliyyə yardımı göndərir. Bu yardımlar hökumətə maaş ödənişləri, infrastrukturu bərpa etmək və mülki şəxslərin yaşayış şəraitini yaxşılaşdırmağa yönəlib.

ABŞ-ın bu yardımları həm bilavasitə dövlət büdcəsindən, həm də beynəlxalq inkişaf və yardım proqramlarından təyin edilir. ABŞ Konqresi bu yardımların təyinatını və miqdarını təqib edir və mütəmadi olaraq yeni yardım paketləri qəbul edir.

Qeyd etmək lazımdır ki, bu rəqəmlər zamanla dəyişir və müvafiq yardımlar müharibənin gedişatına, həmçinin beynəlxalq vəziyyətə uyğun olaraq artır və ya azaldıla bilər.

Qısası, ABŞ ehtiyac olmadığı halda üzərində qlobal bir yük götürüb.

Prezident Co Baydendən fərqli olaraq, Tramp ABŞ-nı bu maliyyə yükündən azad edəcəyini, həmçinin Rusiya-Ukrayna müharibəsini dayandıracağını bəyan edib.

Donald Trampın hakimiyyəti dövrünə nəzar salsaq görərik ki, dünyada qlobal sabitlik hökm sürüb. Həmçinin Tramp administrasiyasi digər dövlətlərin daxili işlərinə qarışmırdı. Ehtimal etmək olar ki, Donald Tramp növbəti prezidentlik dövründə də bu siyasətini davam etdirəcək.

Rəsmi Bakı da Trampın prezidentlik dövrünü yüksək qiymətləndirib.

Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Trampın hakimiyyəti dövrünü belə şərh etmişdi.

Sitat: "Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Proseslərin gedişi göstərir ki, Trampın ABŞ-da hakimiyyətə gəlməsi həm Amerika xalqı, həm də dünya birliyi üçün faydalıdır. Çünki Amerika xalqı ilə yanaşı, dünya birlik də müharibələrdən, iqtisadi qeyri-sabitliklərdən, qlobal qiymət artımından bezib.

Seçilən
82
41
day.az

10Mənbələr