AZ

Makronla Tokayevdən Ermənistan-Azərbaycan danışıqlarına DƏSTƏK

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 4-5 noyabr 2024-cü il tarixlərində Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə dövlət səfərində olub.

Modern.az-ın məlumatına görə, Qazaxıstan prezidentinin saytında xəbər verildiyi kimi, səfər zamanı tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasına tam dəstək verdiyini bildirən birgə bəyannamə imzalayıblar.

“Onlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına və hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşı, 1991-ci il Almatı bəyannaməsi əsasında regionda ədalətli və davamlı sülhün bərqərar olmasına imkan verəcək müqavilənin tezliklə imzalanmasına tam dəstəyini ifadə ediblər. Prezidentlər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün Cənubi Qafqazda sabitliyin vacibliyini vurğuladılar”, - deyə bildirilib.

Seçilən
25
modern.az

1Mənbələr