Artıq irili xırdalı bütün satış məntələqərində pos terminalların olması tələb edilir. Müştərilərin pulu sahibkarın şəxsi kartına köçürərək ötəniş etməsi sahibkarın vergidən yayınması kimi dəyərləndirilir və aidiyyatı qurumlar tərəfindən küllü miqdarda cərimələnir.

Bir sözlə, ödəniş ya nağd şəkildə edilməlidir, ya da, pos terminal vasitəsi ilə.

Pos terminal vasitəsi ilə edilən hər ödənişdə ödənilən məbləğin həcmindən asılı olaraq müəyyən miqdarda vergi tutulur. Belə olduqda, topdan satış məntəqələri hər ödənişdə daha çox pul itirir. Çünki bu məntəqələrdə satılan malın həcmi çox olur. Bu isə onların nağd ödənişlərə yönəlməsinə səbəb ola bilər.

Topdan satış məntəqələrinin nağd ödənişlərə üz tutması ilə ölkədə nağd pul dövriyyəsi artacaq. Bəs bu iqtisadiyyata necə təsir edəcək?

İndex.az məsələ ilə balğlı iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxlayıb.

İndex.az-a danışan ekspert bildirdi ki, nağd ödənişlər vergindən yayınmaq üçün ən yaxşı vasitədir:

“Azərbaycanda infrastruktur inkişaf etməli və vergi dərəcələri o qədər sərfəli olmalıdır ki, həm sahibkarlar, həm də alıcılar pos terminallardan istifadə etməkdə maraqlı olsunlar. Mənim fikrimcə nağd dövriyyənin artması heç də yaxşı bir hal deyil. Çünki nağd dövriyyənin artması sahibkarların vergidən yayınmasına münbit bir şərait yaradacaq”.

Hüquqşünas Əkrəm Həsənov isə İndex.az-a verdiyi açıqlamada bildirib ki, ödənişlər mağaza sahiblərinin sahibkar hesabına ödənilməlidir:

“Hər bir sahibkarın iki hesabı var. Onlardan biri şəxsi hesabı, digəri isə sahibkar hesabıdır. Ödənişlər isə sahibkar hesabına ödənilməlidir. Alıcı sahibkarın şəxsi bank hesabına ödəniş etdikdə, həmin sahibkar üçün vergidən yayınmağa zəmin yaradır. Belə olduqda isə, sahibkar alınan məhsulun çekini vurmaya bilər”.