AZ

Əziz Yıldırım ilə Əli Koçun birlikdə izlədiyi oyunda ''Fənər'' qalib gəldi

Basketbolda Avropanın bir nömrəli klub turniri sayılan Avroliqada növbəti oyunlar keçirildi.

''Fənərbaxça'' doğma ''Ülkər İdman Salonu''nda ''Partizan''ı qəbul etdi. Serbiya nəhəngini əfsanəvi Jelko Obradoviç çalışdırır. Ən diqqətçəkən məqam ''Fənər''in sabiq prezidenti Əziz Yıldırım ilə indiki prezidenti Əli Koçun yanbayan əyləşərək oyunu birlikdə izləmələri oldu. Yıldırım salona qızı Yaz ilə birlikdə gəldi və onları Əli Koç qarşıladı. Onlar bir-birilərinə sarılaraq bir müddət söhbət etdikdən sonra oyunu izlədilər. Bu ikili sonuncu dəfə bu ilin iyununda ''Fənər''də baş tutan prezident seçkilərində bir araya gəlmişdi. 2017-də ''Fənərbaxça''ya tarixinin ilk və hələki yeganə Avroliqa çempionluğunu qazandırmış Obradoviç də Əziz Yıldırımı görərək onun yanına getdi və sarıldı.

Bundan başqa oyunu ''Fənər''in futbol komandasının üzvləri - Osayi-Samuel, Ciku, Kostiç və Tadiç də arenadan təqib etdi. Əziz Yıldırımın noyabrın 2-də 72 yaşının tamam olduğunu bildirək. Oyuna gəlincə, ''Fənərbaxça'' 89:72 üstün olaraq gözləniləndən də asan qələbə qazandı. İstanbul nəhəngi Avroliqada ardıcıl 2-ci, mövsümdəki 5-ci qələbəsini qazandı.

ƏLİ

Seçilən
46
football-plus.az

1Mənbələr