AZ

"Polkovnik evini sataraq 698 min dövlətə ziyan ödədi" - MN-nin 43 milyonluq cinayət işi

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin məhkəməsinin növbəti prosesi keçirilib.

"Unikal"ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımov çıxış edib.

O, məhkəməyə Rəşad Məlikzadənin üzərindən həbs götürülmüş əmlakından satılıb dövlətə dəymiş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə 698 min manat ödənildiyini bildirən qəbz təqdim edib. Daha sonra hakim Rəşad Məlikzadəyə çıxış üçün söz verib.
R.Məlikzadə uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini və son söz demək üçün cərrahiyə əməliyyatından sonra hazır olacağını bildirib. 

Məhkəmə prosesi 25 noyabr tarxinədək təxirə salınıb.

Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, R.Məlikzadə 9 milyon 369 min manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Seymur Əli

Seçilən
119
50
unikal.az

10Mənbələr