AZ

Rusiya bir gündə 2 məntəqəni işğal etdi

Rusiya hərbi qulluqçuları Donetsk Xalq Respublikası ərazisində bir anda iki yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Antonovka və Maksimovka kəndləri tutulub: “Uğurlu hücum hərəkətləri nəticəsində Cənub Qüvvələri Qrupunun bölmələri Donetsk Xalq Respublikasının Antonovka kəndini azad edib. Aktiv əməliyyatlar zamanı “Vostok” qoşun qruplaşmasının bölmələri Donetsk Xalq Respublikasının Maksimovka qəsəbəsini azad edib”.

Seçilən
37
5
yenicag.az

6Mənbələr