AZ

"Laqeydliyin bariz göstəricisi" - fon der Layen COP-29-da iştirakdan niyə qaçır?

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Layen ölkəmizdə keçirilməsi gözlənilən mötəbər COP-29 tədbirində iştirak etməyəcək.
 
O, bunu ölkəsində baş verən siyasi hadisələrlə əlaqələndirib.
 
Lakin diqqətçəkən bir nüansı xüsusi qeyd etmək lazımdır ki, Ursula fon der Layen Avropa İttifaqı təşkilatı olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar və bu səbəbdən ehtimal edilir ki, xanım lider bu cür beynəlxalq səviyyəli, geniş ekoloji imkanlara malik tədbirdə iştirak etməyəcək.
  
Avropa İttifaqı nüfuzlu beynəlxalq təşkilat olaraq faktiki formada məsuliyyətdən qaçır. Azərbaycanda ekologiyaya öz töhfəsini və dəstəyini verməkdən bir daha yayınmağa çalışır.
 
Belə çıxır ki, Ursula fon der Layen və rəhbərlik etdiyi qurumu beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək məsələlər maraqlandırmır?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, fon der Layenin Azərbaycana gəlməməsi COP-29-un keçirilməsinə mane ola bilməz:


\"Avropa İttifaqının prezidenti Ursula fon der Layenin COP-29-da iştirak etməyəcəyini bildirməsi təbii ki, təəssüf doğurur. Əvvəla, fon der Layen gəlsə də, gəlməsə də tədbir ən yüksək səviyyədə keçiriləcək. Sadəcə olaraq, Avropa dəyərlərindən, iqlimdən danışan və hətta dünyada ən çox karbon emissiyalarını havaya buraxan, çirkləndirən Avropa İttifaqının başçısının bu tədbirdə iştirak etməməsi qlobal problemə, birinci növbədə laqeydliyin göstəricisidir.

İkincisi də, burada həm də təəssüf olsun ki, Avropa İttifaqının belə vacib məsələyə barmaqarası baxmasıdır. Burada təbii ki, bir Azərbaycan folk qüvvələrinin də təsiri hiss olunur, amma əslində qalsa, iqlim dəyişmələri yalnız Azərbaycanın, digər ölkələrin problemi deyil, bu Yer planetinin problemidir. Bu planetdə mövcud olan dövlətlər, insanlar, xalqların heç biri bu cür məsələyə biganə qala bilməz. Ümumbəşəri ideyalar ətrafında toplaşan insanlar, dövlət başçıları, hökumət başçıları, siyasilər, alimlər, ekspertlər iqlim dəyişmələri ilə bağlı məsələləri müzakirə edəcəklər.
Varlı ölkələrin yoxsul ölkələrə bu sahədə dəstəyini ifadə edəcəklər. Gələcək proqnozlarla dünya ölkələrinin nə etməli olduğunu müzakirə edib nəticələrə gələcəklər. Belə bir aktual tədbirdə Ursula von der Leyenin iştirak etməməsi anlaşılan deyil və bir daha onun digər bəhanələrlə iştirakdan imtina etməsi əslində qalsa onu deməyə əsas verir ki, belə bir dünyada ən çox inkişaf etmiş ölkələrin də sayına da baxsaq, Avropada çoxdur və bu ölkələrdə kifayət qədər istixanalar, karbon qaz emissiyalarının havaya buraxılması, ümumiyyətlə, bu sahədə dünyanı çikləndirən ölkələrin sayına baxsaq, daha çox ittifaqdaxili ölkələr burada lider ola bilər\"
 
Deputat bildirib ki, xanım rəhbərin bu cür addım atması Avropa Birliyinin bir daha Azərbaycan, TürkiyəFOB olmasını göstərir:

\"Belə bir təşkilatın rəhbərinin COP-29-a gəlməsindən imtina etməsi doğru deyil. Bu, bir daha Avropa Parlamentində sözügedən məsələdə qərəzli bəyanatlar verməsi və onun rəhbərinin də belə addımı bir də onun deməyə əsas verir ki, bu qüvvələr konkret AzərbaycanFOB-dur, Türkiyə FOB-dur, İslamo FOB-dur. Xirsən Kulubunun bu nümayəndələri, bu tədbirin baş tutmasına belə münasibəti, bir daha onların yalnız həmin o bəşər ideyaları, danışmalarını, sözdən başqa bir şey olmadığını açıq-aydın ortaya qoyur\".
 
Mövzuya geopolitik müstəvidən yanaşan siyasi şərhçi İlyas Hüseynov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Avropa İttifaqının sədrinin COP-29-a qarşı bu cür mənfi yanaşması erməni lobbisi tərəfindən həyata keçirilən çirkin təbliğatın nəticəsidir:
 

 

\"Avropa İttifaqının sədri COP-29-da iştirak etməməsi ilə bağlı yanaşması hesab edirəm ki, ölkəmiz əleyhinə erməni lobbisi tərəfindən həyata keçirilən çirkin təbliğatın nəticəsidir. Lakin, burada Ursula fon der Layenin ilk növbədə Avropa və dünyada iqlim dəyişmələri və eləcə də ekologiyanın qorunması istiqamətində öz prinsipial mövqeyini nümayiş etdirməli idi. Avropa öz transmilli korporasiyaları, şirkətləri ilə dünyada ekologiyaya ən çox ziyan vuran coğrafiyadır və Avropa məkanında məhz bu tullantılar atmosferə atılır. Eyni zamanda Ursula fon der Layenin bu önəmli, mötəbər tədbirdə iştirak etməməklə, həm də məsuliyyətdən boyun qaçırdığını ortaya qoydu. Çünki Bakıda vacib məsələlər sırasında həm də iqlim dəyişmələri istiqamətində maliyyə öhdəlikləri müzakirə olunacaq, maliyyə ilə bağlı büdcənin artırılması təklif olunacaq. 500 milyard dollara qədər ilkin hədəf müəyyənləşdirilmişdir ki, bu, büdcə formalaşmalıdır\".

Politoloq fon der Leyenin COP-29-a gəlməməsinə görə avropalı siyasətçiləri günahlandırıb:
 
\"Ursula fon der Layen məhz bu aktual bir məqamda Bakıya təşrif buyurmamaqla öz selektiv yanaşmasını və ikili standartlar mövqeyindən çıxış etdiyini bir daha bir biruzə verdi. Əgər iştirak etsəydi, biz Avropanın daha açıq, şəffaf və etimadın güclənməsi naminə narrativini qəbul edə bilərdik. Bu gün isə biz Avropanın riyakar və eləcə də müxtəlif qrupların təsiri altında siyasi sifarişləri yerinə yetirən bir qurum kimi görürük. Burada müxtəlif siyasətçilər məsuliyyətdən yayınır və öhdəlikləri yerinə getirmək istəmirlər\".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin \"diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi\" mövzusunda dərc edilib.
 

 


Seçilən
7
azxeber.com

1Mənbələr