AZ

İsrail ordusu Livandan atılan raketin İsrailin mərkəzinə düşdüyünü təsdiqləyib

Livandan atılan raketlərdən biri İsrailin mərkəzində partlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Raketlərin əksəriyyəti ələ keçirilib və bir mərmi İsrailin mərkəzində müəyyən edilib", - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, Şimali və Mərkəzi İsrailin bir neçə bölgəsində raket xəbərdarlığı siqnalları səsləndikdən sonra 10-a yaxın mərmi sərhədi keçib, lakin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.
 
Hücumun nəticələri barədə məlumat verilməyib.

Noyabrın 5-də İsrail Silahlı Qüvvələri İranın mümkün zərbəsi ərəfəsində hazırlıq səviyyəsini artırıb.

Aytac 
www.anews.az
Seçilən
105
23
anews.az

10Mənbələr