AZ

İstanbul klubu baş məşqçini istefaya göndərdi

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Kasımpaşa" Sami Uğurlu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Sami Uğurlu ötən ilin noyabr ayında "Kasımpaşa"nın baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 11 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Seçilən
23
sportal.az

1Mənbələr