ABŞ-da biznes reaktivi avtomobilin üzərinə düşüb
Amerikanın Feniks şəhərətrafı qəsəbəsində biznes təyyarəsi avtomobilin üzərinə çırpılıb, nəticədə 5 nəfər ölüb. Bu barədə polisə və ABŞ Federal Aviasiya Administrasiyasına istinadən Associated Press məlumat yayıb.
Agentliyin məlumatına görə, insident “Honda HA-420” biznes reaktivi havaya qalxdıqdan dərhal sonra hava limanı yaxınlığında baş verib. Təyyarənin avtomobillə toqquşduğu yerdə böyük yanğın baş verib.
Biznes-jetin göyərtəsində beş nəfərin olduğu məlum olub. Beş nəfərin öldüyü bildirilir, lakin bunun təkcə hava sərnişinləri ilə bağlı olub-olmadığı, yoxsa avtomobildə olanlar arasında qurbanların olub-olmadığı dəqiqləşdirilməyib.
Baş verənlərlə bağlı başqa təfərrüatlar verilməyib. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır
aia.az
Tərcümə şöbəsi