AZ

“Bude/Qlimt” sınağı: xoşagəlməz iqlim, arzuolunmaz statistika – YAZI

“Qarabağ”ın Avropa Liqasının 4-cü tur matçını keçirəcəyi günə az qaldı.

Bilindiyi kimi, “köhlən atlar” sabah “Bude/Qlimt”in qonağıdı. İlk üç oyunda “Tottenhem”, “Malmö” və “Ayaks”a uduzan komandaNorveçdə “şeytanın qıçını qıra” biləcəkmi? İndi ən maraqlı məqam budu, lakin əvvəlcə heyətlə bağlı məsələlərdən bəhs edək.
Elvin Cəfərquliyevlə Julio Romao “Ayaks”la matçda aldığı “qırmızı” üzündən cəzalıdı. Zədəlilərə gəlincə, Şahruddin Məhəmmədəliyevlə Amin Ramazanov komandaya yardım edə bilməcəyək ki, bunları prinsipial itki saymaq doğru olmaz. Böyük ehtimalla, “çərçivə” Mateuş Koxalskiyə tapşırılacaq. Başqa mövqelərlə bağlı uzun-uzadı danışmağa, yəqin ki, ehtiyac yoxdu.

Bu barədə konkret fikir yürütmək üçün Qurban Qurbanovun “Turan Tovuz”la matçda meydana buraxdığı start heyətinə baxmaq kifayətdi. Hər halda, Norveçdə həmin “11-liy”ə şans veriləcək.
Maraq üçün qeyd edək ki, “Qarabağ” Norveçə zədəlilər və cəzalılar ilə yollanacaq. Elə köməkçi məşqçi Çudomir Çakarov da komandayla birgə olacaq.

Bəs oyunun keçiriləcəyi şəhərdə vəziyyət necədi? Əvvəla, noyabrın 7-də Budedə temperatur 9 dərəcə olacaq. Küləyin sürəti 43 km/saata çatacaqsa, matçın keçiriləcəyi saatda yağışın yağması ehtimalı 55 faizdi. Müqayis üçün bildirək ki, həmin vaxt Bakıda 14 dərəcə isti olacaq. Küləyin sürəti 11km/saata çatacaqsa, yağmurlu hava şəraiti gözlənilmir. Yenə də bunun ciddi problem yaradacağını düşünməməliyik. Dünən Norveçə yollanan “Qarabağ”ın ordakı hava şəraitinə uyğunlaşmaq üçün vaxtı var. Həmçinin “Qarabağ” daha əvvəl bu ölkədə “Rusenborq” (0:0) və “Molde”nin (2:2) qonağı olub. Bu başqa məsələ ki, “köhlən atlar” hələ Norveçdən qələbə ilə qayıtmayıb...

KƏNAN BAHADIR

Seçilən
75
football-plus.az

1Mənbələr