“İran üçün ABŞ prezidentinin kim olmasının əhəmiyyəti yoxdur”.
Bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib.
O bildirib ki, bunun İran üçün heç bir xüsusi nəticəsi olmayacaq.
“Həm İran, həm də ABŞ əsaslı şəkildə dəyişməsi mümkün olmayan siyasət yürüdür. Odur ki, ABŞ-da keçirilən prezident seçkisinin nəticəsi İran xalqının həyat səviyyəsinə təsir göstərməyəcək. Buna görə də, İran üçün Ağ Evdə kimin hakimiyyətdə olmasının əhəmiyyəti yoxdur”, – deyə Mohacerani vurğulayıb./Globalinfo.az