AZ

Onlara qatarlar da PULSUZDUR

9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

 

"Bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı Fast Track yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.

 

Fast Track-sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq. Bura Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir", - məlumatda deyilir.

 

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, noyabrın 9-dan 24-dək Bakıda COP29 iştirakçıları üçün avtobusdan da istifadə pulsuzdur.

 

"Bu tarixlərdə COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməklə ictimai nəqliyyatdan ödənişsiz istifadə edə biləcəklər", - AYNA-dan bildirilib.

Seçilən
49
9
modern.az

8Mənbələr