ABŞ-də prezident seçkilərində Donald Trampın qələbəsindən sonra dollar indeksi altı əsas qlobal valyuta qarşısında rekord səviyyədə – 1,92 faiz artaraq 105,441 bəndə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazıb.
Daha sonra artım 1,61 faizə qədər yavaşlayıb. Nəşr qeyd edir ki, ABŞ valyutası sonuncu dəfə belə bir yüksəlişi 2016-cı ildə nümayiş etdirib.
Buna qədər Tramp ABŞ-nin 35 trilyon dollar həcmində olan dövlət borcunu kriptovalyuta ilə ödəməyi təklif edib. O, kiçik bir kağız parçasına '35 trilyon dollar kriptovalyuta ilə – artıq borcumuz yoxdur'" yazaraq məsələni həll edə biləcəyini zarafatla vurğulayıb.