AZ

“Türkdilli Dövlətlərin Mediasiya İslahatlarında birgə rolu” mövzusunda görüş keçirilib - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri vəzifəsini icra edən Hüseyn Səfərov və məsul şəxslər “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda keçiriləcək tədbirdə iştirak edən Mediasiya Şurasının nümayəndə heyətini qəbul edib.

QHT.az xəbər verir ki, görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Türk Dünyası Arabulucular Birliği İdarə Heyətinin sədri Yakup Erikel, Türk Dünyası Mediatorlar Birliyinin baş katibi Yusuf Gözel, Türk Dünyası Mediatorlar Birliyi Təlim və Tədris Komissiyasının üzvü Mehmet Ali Baranlı, Türk Dünyası Mediatorlar Birliyi İcra Komissiyasının üzvü İrfan Medet Akpınar, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasında mediasiya institutunun yarandığı gündən indiyədək böyük inkişaf yolu qət etdiyini bildirən Hüseyn Səfərov Muxtar Respublika ərazisində keçirilən islahatlara da diqqət çəkib.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov xoş və səmimi qəbula görə Hüseyn Səfərov və Nazirliyin məsul şəxslərinə öz təşəkkürlərini bildirib.

Naxçıvan mediasiya təşkilatının rəhbəri Yusif Həsənov isə bu il ərzində mediasiya sahəsindəki yeniliklər və inkişaf perspektivləri barədə məlumat verib.

Seçilən
41
qht.az

1Mənbələr