AZ

Maqadanda baş vermiş yanğında 3 uşaq daxil olmaqla 4 nəfər həlak olub

Maqadanda beşmərtəbəli binanın mənzilində baş vermiş yanğında bir qadın və üç uşağın ölümü ilə bağlı cinayət işi açılıb.

“Report” TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin Maqadan vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

“RF CM-nin 109-cu maddəsinin 3-cü hissəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) cinayət işi açılıb. İlkin məlumata görə, noyabrın 7-də saat 09:37-də (Bakı vaxtı ilə 02:37) “112” xəttinə Maqadanda Reçnaya küçəsi, 65 nömrəli evin beşinci mərtəbəsində yerləşən mənzildə yanğın olması barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı 1991-ci il təvəllüdlü qadının və 6-10 yaş arası üç azyaşlı uşağın meyiti aşkar edilib”, – idarədən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
33
far.az

1Mənbələr