AZ

Çempionlar Liqası: “Barselonadan” növbəti darmadağın – Nəticələr


Futbol üzrə Avropa Çempionlar Liqasında dördüncü turun oyunları başa çatıb.
Yeniavaz.com
xəbərv verir ki, İtaliya çempionu “İnter” evdə İngiltərə vitse-çempionu “Arsenal” ilə mübarizə aparıb və 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə penaltidən vurub.
İspaniyanın vitse-çempionu “Barselona” IV turda Serbiyanın “Tsrvena Zvezda” klubunu qəbul edib və 5:2 hesabı ilə qalib gəlib.
Fransa çempionu PSJ isə Parisdə Madrid “Atletiko”suna 1:2 hesabı ilə uduzub.
Münhen “Bavariya”sı doğma meydanında Portuqaliya “Benfika”sına minimal hesabla qalib gəlib – 1:0.
Çempionlar Liqasında ötən gecə baş tutan görüşlərin nəticələri belə olub:
"İnter" - "Arsenal": 1:0;
"Tsrvena Zvezda" - "Barselona": 2:5;
"Feyenoord" - "Zalsburq": 1:3;
PSJ - "Atletiko Madrid": 1:2;
"Sparta" - "Brest": 1:2;
"Ştutqart" - "Atalanta": 0:2;
"Bavariya" - "Benfika": 1:0;
"Brügge" - "Aston Villa": 1:0;
"Şaxtyor" - "Yanq Boyz": 2:1.
Seçilən
13
yeniavaz.com

1Mənbələr