Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsinin IV turunda “Bodo Qlimt”lə qarşılaşacaq.
İlk üç oyunda uduzan Qurban Qurbanovun yetirmələri ilk xallarını Norveçdə qazanmağa çalışacaqlar.
Görüş “Aspmyra” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, “Qarabağ” səfərdə “Tottenhem"ə 0:3, evdə “Malmö”yə 1:2, “Ayaks”a 0:3 hesabı ilə uduzub. Təmsilçimiz növbəti oyununu noyabrın 28-də Bakıda “Lion”a qarşı keçirəcək.
Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
21:45. “Bodo Qlimt” - “Qarabağ”
Baş hakim: Luis Qodinyo (Portuqaliya)
“Aspmyra” stadionu
İdman.biz