Manset.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç “Budyo Qlimt”i ilə qarşılaşacaq. “Aspmira” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Matçı Portuqaliyadan olan hakimlər idarə edəcəklər. Avropa Liqası, Liqa mərhələsi, IV tur 21:45. “Budyo Qlimt” (Norveç) - “Qarabağ” (Azərbaycan) Hakimlər: Luiş Qodinyu, Ruy Teyşeyra, Pedro Almeida, Andre Narsişu (Portuqaliya)
Xatırladaq ki, Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda “Malmö”yə (1:2), 3-cü turda isə “Ayaks”a (0:3) məğlub olub.