AZ

“Barselona”nın futbolçusu meydanı qan içində tərk etdi - VİDEO

“Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi Çempionlar Liqasında “Srvena Zvezda” (5:2) ilə oyunda zədələnib. 

17 yaşlı futbolçunun üzünə rəqibi Uros Spajiçlə top uğrunda mübarizə zamanı təpiklə zərbə dəyib və Pau oyuna davam edə bilməyib. 67-ci dəqiqədə baş məşqçi Hans-Diter Flik onu Dominqeslə əvəzləmək məcburiyyətində qalıb.

Flik matçdan sonra mətbuat konfransında “Kubarsi yaxşıdır, ona tikişlər vurulub”, - deyib.

Məlumata görə, futbolçunun üzünə 10 tikiş atılıb.

Qeyd edək ki, bu mövsüm Kubarsi bütün turnirlərdə 16 oyun keçirib və bir məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, ispaniyalının transfer dəyəri 40 milyon avrodur.

Pau Kubarsinin zədələndiyi anı təqdim edirik:

"Cebheinfo.az"

Seçilən
7
4
cebheinfo.az

5Mənbələr