AZ

İran İsrailə casusluqda ittiham olunanları edam cəzasına məhkum edir

İran məhkəməsi 2020-ci ildə nüvə enerjisi və müdafiə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan avadanlıqları almaqda təqsirli bilinən üç nəfəri ölüm cəzasına məhkum edib.

Bu barədə “Tasnim” İslam Respublikasının məhkəmə sisteminin nümayəndəsinə istinadən yazır.

İş üzrə müttəhimlərin İsrail rəhbərliyi ilə əlaqəli olduğu qeyd edilir.

Bundan əvvəl İranda 4 nəfər İsrailin maraqları naminə işləyən casus qruplaşmasında iştirak ittihamı ilə edam edilib , onlar 2022-ci ildə İsfahanda terror aktı hazırlayarkən həbs ediliblər.

2023-cü ilin yanvarında Strateji Araşdırmalar Mərkəzinin təsisçisi, İran Müdafiə Nazirliyinin keçmiş rəhbəri Əli-Rza Əkbəri Britaniya kəşfiyyat xidmətlərinin xeyrinə casusluq etdiyi üçün edam cəzasına məhkum edilib.

DOĞRU.AZ

Seçilən
15
dogru.az

1Mənbələr