Çox həvəslə gözləyirdilər...
Sanki Harris qələbə çalsaydı, bunlar üçün də qələbə şeypuru çalınacaqdı. Alınmayıb deyə bir-bir təsəlli statusu yazır və bir-birinin həmin statusunu da paylaşırlar.
Əli Kərimli, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı bir neçə saatdır ki, “faciəvi bir şey baş vermir, məyusluq üçün də əsas yoxdur” deyə təsəlli statusları ilə aldatdıqları adamları sakitləşdirməyə çalışırlar.
Çünki onları aldadırdılar ki, Harris qələbə çalacaq və bunların “günəşi doğacaq”. Təbii ki, ABŞ kimi supergüc olan dövlətin öz prinsipləri var və orada kimin seçilib-seçilməməsi ameriakalıların səsindən və maraqlarından irəli gəlir.
Ona görə də Tramp seçilibsə, ABŞ xalqı belə istəyib deyə keçmək də olardı.
Amma “Dostlar, ruhdan düşmək üçün heç bir əsas yoxdur! Əksinə, hər şey çox gözəl olacaq!”,- deyə yazmaqla daxili iniltilər aydın sezilir. Harris üçün dua edən bu məxluqların nəyinə lazım idi ki, məhz o seçilsin?
Harris seçilsəydi, Azərbaycanı cənnətəmi çevirəcək və ya dünyada özünün bir nömrəli tərəfdaşı elan edəcəkdi?
Bunlar birmənalı və cavabı aydın olan suallardır. Təsəlli statusu yazanlar üçün isə Harrisin seçilməsi bir bir ümid işığıydı. Onların təbirincə, bununla onlar öz məqsədlərinə çatacaqdılar. Maraqlarında da təbii ki, dövlət, xalq yox, özləri idi. Bunu öz yazdıqları ilə utanmadan təsdiqləyirlər.
Necə ki, Trampın neftin qiymətini 40 dollara salacağı ilə bağlı seçkiqabağı verdiyi vədlərindən birini sevinə-sevinə tirajlayırlar. Bundan o yana nə olmalıdır ki, onların maraqlarının dövlət və xalq olmadığı hamıya aydın olsun?
Amma acınacaqlısı odur ki, Tramp-Harris rəqabətində Harrisə azarkeşlik edən bu adamlar proqnozlarında belə yanıldılar. Hər dəfə olduğu kimi bu dəfə də proqnozları səhv çıxdı. Yarıtmaz siyasətçiliyin əslində elə proqnozçuluğu da yarıtmaz olur.
Əli Kərimli və dəstəsi bir azdan Trampı da, ABŞ-ni də seçki saxtakarlığında ittiham etsələr, təəccüblənmərik. Gürcüstanda keçirilən seçkilərdə “Gürcü Arzusu”nun qələbəsini necə ittiham edib, gürcü xalqının iradəsinə “saxtakarlıq edildi” deyirlərsə, eyni düşüncəni ABŞ-dəki seçkilərə də şamil edə bilərlər.
Statusundan, dünyadakı təsir gücündən asılı olmayaraq, istənilən ölkədə keçirilən seçkiyə, səsvermənin nəticəsinə, sesçicilərin iradəsindən deyil, öz prizmalarından baxırlar. Çünki vərdişkar olublar.
Bir vaxtlar Böyük Britaniyanın adı dillərindən düşməyən sabiq baş naziri Toni Bleyeri Əli Kərimli indi korrupsiyada ittiham edir.
Bir zamanlar “ingilislər belə dedi”, “səfirlikdə bu məsələni müzakirə etdik”, “Böyük Britaniyanın mövqeyi budur”, “Toni Bleyer bizi dəstəkləyir” deyə ətrafında topladığı adamları aldadırdı. Hər dəfə bir yalan və bu yalanın qurbanı olanlara adamın rəhmi gəlir.
Bu gün-sabah Trampa qarşı da nəsə deyər. Hətta Harrisi seçkini uduzduğuna görə qınayıb, onu da saxtakarlıqda ittiham edə bilər.
Bir növ adətdəndir...