Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Nissan" "Patrol Nismo" adlı yeni modelini təqdim edib.
Hit.az xəbər verir ki, sözügedən model şirkətin yeni SUV avtomobili olacaq.
Avtomobildə iki turbomühərrikli 3,5 litrlik V6-dan istifadə olunacaq. Həmçinin, "Patrol"un yeni modeli bəzi ölkələrdə 3,8 litrlik V6 mühərriki ilə də satışa çıxarılacaq.
"Nissan"ın dizayn üzrə vitse-prezidenti Alfonso Albaisa-nı Avstraliyanın "Drive" jurnalına müsahibə verib. O, müsahibəsində yeni "Patrol Nismo" modeli haqqında danışıb:
"Bu avtomobili ilk dəfə görəndə dörd gün yatmamışdım. Çünki eskizləri və rəqəmsal işləri görəndə avtomobilin ölçülərini tam qavraya bilmirsən. Hətta gildən hazırlanmış tam ölçülü modeli görəndə dedim ki, bu, tam bir canavardır".
Pərviz